Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Siyəzən rayon Heydər Əliyev Mərkəzində “Tariximizin daş yaddaşı – Qobustan ” və “Milli adət ənənələrimiz mədəni irsimizin qoruyucusudur” adlı dəyirmi masa keçirilmişdir

11.07.2019

05.07.2019 ci il tarixində 30 iyun-10 iyul 2019-cu il tarixlərində keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Siyəzən rayon Heydər Əliyev Mərkəzində təhsil işilərinin iştirakı ilə “Tariximizin daş yaddaşı – Qobustan ” və  adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova çıxış edərək bildirdi ki, Tariximizin daş yaddaşıdır Qobustan. Bizi tanıdan ən qədim kitabədir Qobustan. Hər daşı canlı tarix olan bu müqəddəs yerin hər qarışında millətimizin keçmişi əks olunmuşdur. Qobustanda tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq 1966-cı ildə Qobustan Dövlət Tarix və Bədii Qoruğu elan edilmişdir. Qoruq əsasən üç dağın — Böyükdaş, Kiçikdaş və Cingirdağın yerləşdiyi böyük bir ərazini əhatə edir. Dörd min hektardan artıq ərazidə yerləşən, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir. Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyev martın 4-də qoruq muzeyinin yeni binasının tikilməsi üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılması ilə bağlı Sərəncam imzalamışdır.

R.Seyidova sonra bildirmişdir ki, İyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində belə qeyd etmişdir ” Mədəni irs bizi bəşəriyyətin şanlı tarixinə aid olduğumuzu birlikdə düşünməyə vadar edir. Biz qəti şəkildə inanırıq ki, sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər.”

Hər birimiz bu sessiyanın işini izləməli, gələcək fəaliyyətimizdə sessiyada qəbul olunacaq proqram sənədlərindən istifadə etməliyik.

Daha sonra Siyəzən rayon 6 saylı məktəb liseyin direktoru Günel Ağayeva çıxış edərək bildirdi ki,  Ölkəmizin zəngin mədəni irsi saylıan Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər və Qobustan qoruğunun UNESCO-nun Dünya irsi siyahısına salınaraq bəşəri status qazanmışdır.

Sonra Siyəzən Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidovanın Siyəzən ərazisində mövcud olan tarixi məkanlar haqqında hazırladığı slayda baxılmışdır.

 

62.3 KB