Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

11.07.2019

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin iyul ayının 26-da saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Quba rayon Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) Quba və Qusar rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində (Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 2) Xaçmaz rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Şabran rayon Heydər Əliyev Mərkəzində (Şabran şəhəri, Heydər Əliyev prospekti, 60A) Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya                          (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra №-si      Şəhər (rayon)      Əlaqələndirici şəxs    Əlaqə  telefonu

1                   Quba rayonu       Fuad Orucov            050-222-84-14; 023-335-33-00

2                   Qusar rayonu      David İbramxəlilov   050-631-52-36;  023-385-48-56

3                   Xaçmaz rayonu   Fərid Musayev         055-206-10-61;  023-325-22-73

4                   Şabran rayonu    Əhməd Səmədov      050-206-96-30; 023-353-25-84

5                   Siyəzən rayonu   Zəminə Qədirli           070-756-45-80; 023-304-07-67