Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz rayon Qaradağ-buduq kəndində “Uşaqların yay mütaliəsi” mövzusunda tədbir keçirilib

11.07.2019

10.07.2019-cu il tarixində “Oxu bayramı”çərçivəsində Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsi, Gənclər kitabxana  filialı, Qaradağlı, Qaradağbuduq və Canaxır  kitabxana filialları ilə birlikdə yay aylarında oxucuların asudə vaxtının səmərəli təşkili, uşaqlarda yaradıcı fəallığın, əmək vərdişlərinin, təhsilə və ictimai vəzifələrə sayıq münasibətin, uşaq və yeniyetmələrdə oxu mədəniyyətinin inkişafına kömək, eləcə də kitabxanaya yeni oxucuların cəlb edilməsi məqsədi ilə “Uşaqların yay mütaliəsi” mövzusu üzrə mütaliə günü keçirildi. Tədbir uşaqların ifasında Azərbaycan Dövlət Himni ilə başlandı.

            Qaradağbuduq kənd kitabxana filialında keçirilən tədbirdə fəal oxucular, kənd ictimaiyyəti, müəllim və şagir kollektivi, ziyalılar, MİHİ-nin Xaçmaz rayon komitəsinin sədri və Türkiyədən gəlmiş Avrasiya Sənət, Kültür, Ədəbiyyat və Bilim Federasiyasının üzvləri iştirak etdilər.

            Xaçmaz rayon MKS-nin direktoru Azad Əlifxanov Türkiyədən gəlmiş qonaqları salamladı və tədbirin əhəmiyyəti barədə çıxış etdi.

            Uşaq Şöbəsinin müdiri Günay Məsimova qonaqları geniş kitab sərgisi ilə və Qaradağbuduq folklor evinin tətbiqi sənət və mədəni irs nümunələri ilə tanış etdi.

Tədbirdə kitabxanaların fəal oxucularının ifasında şeirlər, mahnılar və rəqslər ifa edildi.

            Tədbirin sonunda ASKEBF-nın genel başqanı Savaş Unal öz təşəkkürünü bildirdi və Azərbaycan Mədəniyyətinin və o cümlədən mədəni irsinin təbliğində böyük uğurlar arzuladı.

 

162.6 KB

 

113.1 KB

 

109.8 KB