Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qusar rayon Küsnətqazma kənd kitabxanasında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar “Cahana sığmayan sənətkar” adlı tədbir keçirildi

08.07.2019

05. 07. 2019 – cu il tarixdə Quba rayon MKS-nin  Küsnətqazma kənd kitabxanasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar “Cahana sığmayan sənətkar” adlı tədbir keçirildi. Tədbiri Küsnətqazma kənd kitabxanasının filial müdiri   Anar Məmmədov  açaraq kitabxanaya daxil olunmuş yeni ədəbiyyatlar barədə məlumat verdi və bildirdi ki, mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün xarakterik olan etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir. Sonda tədbir iştirakçıları  kitabxanada təşkil olunmuş “Kitabxanaya yeni daxil olmuş ədəbiyyat” adlı sərgi ilə tanış oldular.

 

124.9 KB

 

112 KB