Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba rayon MKS-nin Çiçi kənd kitabxanasında açıq səma altında “Oxu günü” təşkil olundu.

08.07.2019

05.07.2019-cu il tarixdə  Quba rayon MKS-nin Çiçi kənd kitabxanasında açıq səma altında “Oxu günü” təşkil olundu. Tədbiri giriş sözü ilə açan kitabxananın filial müdiri Nuriyyə Osmanova mövzu ətrafında tədbir iştirakçılarına geniş məlumat verdi. O, öz çıxışında qeyd etdi ki, elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabın rolu əvəzsizdir. Kitab xalqın mənəvi sərvətidir, onun tarixidir.  Sonra kitabxanaçı  İmran Osmanov çıxışında qeyd etdi ki,belə tədbirlər yeni nəşr olunmuş ədəbiyyatı oxuculara nümayiş etmək məqsədi daşıyır. Yay aylarında belə tədbirlərin mütəmadi keçirilməsinin nəzərdə tutulur. Tədbirdə 60-a yaxın elmin müxtəlif sahələrinə aid ədəbiyyatlar nümayiş olundu.