Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba Heydər Əliyev Mərkəzində “Mehriban xanım Əliyeva və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

10.07.2019

9 iyul 2019-cu il tarixində Quba Heydər Əliyev Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin Bakı şəhərində keçirilən sessiyası ilə əlaqədar Quba Heydər Əliyev Mərkəzinin və Quba Asan Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Mehriban xanım Əliyeva və milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Elza Orucova açmış və “Mehriban xanım Əliyeva və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış etmişdir.

E.Orucova qeyd etmişdir ki, Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik və idarəçilik fəlsəfəsinə əsaslanaraq daima milli-mənəvi dəyərlərimizin yüksəlişinə və bütün dünyada tanıdılmasına çalışır. Mehriban xanım Əliyevanın milli-mənəvi irsin qorunması və dünya miqyasında təbliği ilə əlaqədar həyata keçirdiyi strateji layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təzahürüdür.

Azərbaycanın birinci xanımının ölkəmizin UNESCO ilə münasibətlərinin inkişafında və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin 100 illik yubileyləri, habelə bu qəbildən olan digər tədbirlər UNESCO çərçivəsində böyük təntənə ilə qeyd edilib. Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfirlərinin toplantılarında, qurumun mötəbər tədbirlərində iştirakı, keçirdiyi görüşlər, dünyada təhsilin vəziyyəti və digər aktual mövzularda çıxışları böyük maraqla qarşılanır. O, həmin tədbirlərdə diqqəti həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldir, işğal altında olan ərazilərimizdə tarixi-mədəni abidələrimizin məhv edilməsindən narahatlığını bildirir, bir sözlə, bu mötəbər beynəlxalq tribunadan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün məharətlə istifadə edir.

Azərbaycan muğamının, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, İçərişəhərin, Qız qalasının, Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun dünya mədəni irs siyahısına, aşıq, xalçaçılıq, tar ifaçılığı və hazırlanması sənətlərinin, Novruz bayramının, dolma, lavaş və kəlağayının, Lahıc misgərlik sənətinin, Çövkən oyununun UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilməsi məhz Mehriban Əliyevanın aramsız səylərinin nəticəsidir.

30 iyun 2019-cu il tarixindən 10 iyul 2019-cu il tarixinədək ölkəmizdə UNESCO-nun Dünya İrs Komitəsinin Bakı şəhərində keçirilən sessiyası da Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və böyük zəhmətinin nəticəsidir.

Fərəhli haldır ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının 07 iyul 2019-cu il tarixli iclasında Azərbaycanın Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil olması barədə qərar qəbul edilmişdir.

Mehriban xanım Əliyeva bu münasibətlə Azərbaycan xalqını təbrik edərək qeyd etmişdir ki, Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin təşkilat komitəsinə sədrlik etdiyi bu sessiyanın qərarı ilə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasını  böyük fərəhlə qeyd edirik.

Dəyirmi masada Mətanət Rəhimova, İlhamə Xəlifəyeva, Şövqiyyə Seyidzadə, Könül Allahverdiyeva, Zəhrəxanım Bağırova və başqaları çıxış edərək qeyd etdilər ki, Həqiqətən bu qərar Azərbaycan üçün xalqımızın mədəni irs tarixində çox qürur verici və şərəfli bir hadisədir.

 

77 KB

 

71 KB