Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba Heydər Əliyev Mərkəzində “Böyük qayıdış”mövzusunda konfrans keçirilib

14.06.2019

14 iyun 2019-cu il tarixində Quba Heydər Əliyev Mərkəzində Quba Heydər Əliyev Mərkəzinin və Quba Asan Xidmət Mərkəzinin birgə təşkilatçılıqı ilə 15 iyun –Qurtuluş günü ilə əlaqədar “Böyük qayıdış”mövzusunda konfrans keçirildi.

Konfransı giriş sözü ilə Mərkəzin direktoru Elza Orucova açdı və Azərbaycanın Dövlət Himni səsləndirildi.

Mərkəzin direktoru Elza Orucova “Böyük qayıdış” mövzusunda çıxış edərək qeyd etdi ki, 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai və siyasi əhəmiyyətə malik tarixi bir gündür. Bu tarixi günü yaradan isə böyük qayıdışı ilə Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan ulu öndər Heydər Əliyev olmuşdur.

Quba Asan Xidmət Mərkəzinin baş məsləhətçisi Xəyyam Şahbazov “Qayıdışdan qurtuluşa”mövzusunda məruzə ilə  çıxış edərək qeyd etdi ki,ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində Azərbaycan vətandaş müharibəsi alovlarından qurtuldu, müstəqil, suveren bir ölkə kimi inkişaf etdi.

Quba Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülnarə Rəhimova “Qurtuluş” mövzusunda məruzə ilə çıxış edərək qeyd etdi ki, bu qurtuluşda dövlətçiliyimizin gələcək mövcudluğunun təməl daçı qoyuldu.

Konfransda Quba Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən ədəbiyyat dərnəyinin üzvləri müstəqil  Azərbaycana, ulu öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii Kompozisiya ilə çıxış etdilər.

Sonda konfrans iştirakçıları “Qurtuluş” sənədli filminə tamaşa etdilər.

 

91 KB

 

111.8 KB