Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qusarın Ləcət kəndində “Oxu Günü” keçirildi

13.06.2019

12.06.2019 – cu il tarixində Ümumrespublika Oxu Bayramı çərçivəsində Qusar MKS-nin təşəbbüsü və təşkilatçiliqı ilə Ləcət kənd kitabxana filialı tərəfindən 15 İyun Qurtuluş Gününə həsr olunmuş “Oxu Günü” keçirilmişdir. Tədbirdə fəal oxucular, kənd içtimaiyyəti,məktəbin müəllim və şagird kollektivi, qonşu Kirig, Həzrə, Yuxarı Zeyxur kənd kitabxana filiallarının işçiləri və fəal oxucuları, ziyallılar iştirak etmişlər.Tədbirdə iştirak və çıxış edən MKS-nin direktoru Zahir Mustafayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı David İbramxəlilov, kənd məktəbinin müəllimi Sultanəhməd Dəmirov, Ləcət kənd kitabxana filialının müdiri Solmaz Bağışova, Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri Südabə Bağıyeva və digərləri mütaliə vərdişlərinin ailədə qazanılması, kitabxana və kitabların təbliğ olunması sahəsində belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışlar.

Tədbirdə 420-dən cox müxtəlif janrlarda kitablar sərgilənmiş, geniş və əhatəli tərtibat işlərinə xüsusi diqqət ayrılmışdır. Keçirilən tədbirlərdə yaxıdan iştirak edən, daha cox mütaliə edən fəal oxucular Sültanəhməd Dəmirov, Ofelya Ağalarova, Elmira Ramaldanovaya Fəxri Fərmanlar və keçirilmiş şeir müsabiqəsinin qaliblərinə xatirə hədiyyələri təqdim olunmuşdur. Mərkəzi Kitabxananın Uşaq Şöbəsi tərəfindən fəal oxucular arasında müxtəlif viktorinalar və müsabiqələr keçirilmiş, qaliblərə xatirə hədiyyələri vermişdir. Tədbir iştirakçıları təşkilatçılara öz minnətdarlığını bildirmiş və uğurlar arzulamışlar. Belə tədbirlər MKS- nin digər kitabxana filiallarında da təşkil olunacaqdır.

Tədbir geniş və rəngarəng ədəbi-bədii kompozisiya ilə cay süfrəsi arxasında davam etdirilmişdir.

                    

 

313.9 KB

 

324.3 KB