Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şabran rayon Mərkəzi Kitabxanasında “31 Mart – Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar tədbir keçirildi

30.03.2017

      30 Mart 2017-ci il tarixində Şabran rayon Mərkəzi Kitabxanasında 31 Mart azərbaycanlıların soyqırımı ilə bağlı dəyirmi masa təşkil edildi. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın direktoru Səbirə Məcidova  açdı. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məruzə üçün söz direktor müavini Firəngiz Dadaşovaya verildi. Məruzəçi öz çıxışında erməni daşnaqlarının 31 Mart 1918-ci ildə azərbaycanlılara qarşı edilmiş misli görülməmiş qırğınlardan danışdı.Tarixən 1905-1907, 1918-1953- cü illərdə ermənilər Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırım siyasəti yeritmişlər.Çıxış edənlər öz çıxışlarında erməni millətçilərinin insanlığa sığışmayan vəhşi hərəkətlərinin dünya ictimaiyyətinə geniş çatdırılmasından danışdılar.

 

605.8 KB

 

905.6 KB