Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmazda “Mədəniyyətin idarə olunmasının müxtəlif aspektləri” mövzusunda dəyirmi masa keçirildi

30.10.2017

    Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən 30 oktyabr 2017-ci il tarixində Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində regionda çalışan kitabxana, klub, muzey və turizm işçiləri üçün seminar təşkil edildi. Seminarı giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Nazim Ağayev regionlarda Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən təşkil edilən səyyar treninqlərin əhəmiyyətindən danışdı.Bildirdi ki,  mədəniyyət sahəsində çalışanlar üçün təşkil edilən belə treninqlərin onların mədəniyyət sahəsini  daha dərindən öyrənməyə, çalışdıqları sahələrə uyğun bilik və bacarıqlarını artırmağa xidmət edir. Daha sonra çıxış edən  Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov Mərkəzin bu zaman qədər gördüyü işlərdən danışdı  və dəyirmi masada müzakirə olunacaq məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.

     Dəyirmi masada Mədəni irs və onun normativ hüquqi bazası barədə Mədəniyyət və incəsənət Universitetinin  professoru, sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru Mübariz Süleymanlının,  Qeyri-maddi mədəni irsin sistemləşdirilməsi və təşviqi perspektivləri mövzusunda Bakı Mühəndislik Universitetinin bədii yaradıcılıq bölməsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundova, Kitabxana işində innovasiyalar mövzusunda Ədliyyə Akademiyasının kitabxana rəisi Ruhiyyə Məmmədovvanın məruzəsi dinlənildi. Dəyirmi masa qarşılıqlı diskussiya şəraitində keçdi.

 

1.4 MB

 

1.5 MB

 

1.5 MB