Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba Uşaq Musiqi Məktəbində Aşıq Şəmşirin 125 illik yubileyi qeyd olunub

03.12.2018

     Quba Uşaq Musiqi Məktəbində Aşıq Şəmşirin 125 illik yubileyi  münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İlqar Məmmədov saz-söz ustadı Dədə Şəmşirin Azərbaycan aşıq sənətinə, milli  poeziyamıza verdiyi töhfələrdən danışıb. Görkəmli aşığın yubileyinin ölkə səviyyəsində qeyd olunması üçün cənab Prezident İlham Əliyevin sərəncam imzaladığını vurğulayıb.  Məktəbin xanəndə müəllimi Coşqun Beydullayev Aşıq Şəmşirin həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verib. Daha sonra məktəbin müəllim və şagirdlərinin ifasında aşıq mahnıları, eləcə də Dədə Şəmşirin sözlərinə yazılmış təsniflər ifa olunub.

 

104.1 KB

 

107.2 KB

 

101.7 KB