Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qusar rayon Heydər Əliyev Mərkəzində ”Yaddan Çıxmaz Qarabağ” mövzusuna həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

23.11.2018

    23 noyabr 2018-ci il tarixində Qusar rayon Heydər Əliyev Mərkəzində "Yaddan Çıxmaz Qarabağ" mövzusuna həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Tədbir öncəsi dəvət olunan qonaqlar Xalça Dünyası Assosiasiyasının prezidenti, əməkdar incəsənət işçisi Fatimə Ağamirzəyevanın təqdimatında Qarabağ bölgəsinə aid "Xan tirməsi", "Nəlbəki gül", "Yaz çiçəkləri", "Malıbəyli", "Vərni" xalçaları ilə tanış oldular. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Neva Abdurahmanova açaraq Qarabağ tarixinin, mədəniyyətinin öyrənilməsinin əhəmiyyətindən və bu hisslərin gənclərimizin hərbi-vətənpərvərlik duyğularına, mübarizə əzminə etdiyi müsbət təsirindən danışdı. Sonra mərkəzin elmi işçisi Fidan Kazımzadə "Qarabağa virtual səyahət" təqdimatı ilə çıxış edərək Qarabağın qədim tarixindən, yaşayış məskənlərindən, işğala uğramış ərazilərin xronologiyasından ətraflı məlumat verdi. Mərkəzin baş fond mühafizi Lalə Sadirova "Qəhrəmanlar unudulmur" mövzusunda Qarabağ uğrunda gedən döyüşlərdə igidlik, rəşadət göstərmiş qəhrəmanlardan, Azərbaycan ordusunun qüdrətindən danışdı. Daha sonra şəhər 1 saylı tam orta məktəbin XIb sinif şagirdi Ofeliya Əsədova "Əsgərə məktub" rubrikasında əsgər qardaşına ünvanlanmış məktub oxudu. "Qarabağ sizin üçün nə ifadə edir?" mövzusunda aparılan yazılı sorğuda fərqlənən şəhər 1 saylı tam orta məktəbin şagirdləri tədbirdə mükafatlandırıldılar. "Qarabağ mədəniyyəti" mövzusunda mərkəzin direktoru Neva Abdurahmanova çıxış edərək Qarabağın ədəbi mühitindən, qədim xalçalarından, məşhur atlarından, tarixi abidələrindən danışdı. Konfransda çıxış edən natiqlər XRMİ-nin Qusar nümayəndəsi David İbrahimxəlilov, Qarabağ müharibəsi iştirakçısı Canəli Hümmətov, şəhid ailəsi adından Sevda Sultanova Ali Baş Komandanın ordumuzun gücləndirilməsi uğrunda apardığı islahatlardan, şəhid ailələrinə dövlət qayğısından danışdılar. Tədbirdə həmçinin ulu öndər Heydər Əliyevin Qusara səfəri zamanı Qarabağ müharibəsi iştirakçısı, tank komandiri, baş leytenant, 2008-ci ildə vəfat etmiş Yaşar Kərimovun Heydər Əliyev ilə birgə fotoeksponatı nümayiş olundu. Tədbirin sonunda şagirdlərin ifasında şeirlər səsləndirildi.

 

100.1 KB

 

49 KB

 

47.7 KB