Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsi Sumqayıt şəhərində konsert proqramı ilə çıxış etmişdir

22.11.2018

   22 noyabr 2018-ci il tarixində “Bölgələrdən-bölgələrə” adlı konsert proqramlarının təşkil olunması ilə əlaqədar Sumqayıt Heydər Əliyev Mərkəzində Xaçmaz Regional Mədənuyyət İdarəsinin təşkilatçılığı ilə konsert proqramı təşkil edilib. Tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov belə tədbirlərin keçirilməsinin önəmindən danışıb. Daha sonra çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən belə tədbirlərin regionlararası mədəni əlaqələrin güclənməsinə, təcrübə mübadiləsinin artmasına müsbət təsir etdiyini bildirib.

     Daha sonra tədbir Xaçmaz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən incəsənət ustalarının və kollektivlərin çıxışı ilə davam edib. Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

66.4 KB

 

70.3 KB

 

60.2 KB