Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba rayon Mərkəzi Kitabxanasında “Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən qanlı cinayətdir” adlı tədbir keçirilmişdir

23.02.2017

23 fevral 2017 – ci il tarixində Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən qanlı cinayətdir” adlı tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsinin günahsız qurbanlarını, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş igid övladlarımızın əziz xatirəsini bir dəqiqəlik sükütla yad  etdilər. Tədbiri giriş sözü ilə açan rayon MKS-nin direktoru Saməddin Nəsirov Xocalı soyqırımı  faciəsinin Azərbaycan tarixinə ən dəhşətli faciə kimi daxil olduğunu, ötən əsrin 1992-ci ilinin fevralında Xocalı adlı bir yurd yerinin yer üzündən silindiyini, bu müharibənin Qarabağ müharibəsinin ən dəhşətli səhifəsi olduğunu,ermənilərin qadınlara və uşaqlara,qocalara və xəstələrə rəhm etmədiklərini, hamını güllələyib süngüdən keçirdiklərini söylədi.

       Sonra “Xocalısız 25 il” adlı məruzə ilə Azərbaycan Pedaqoji İnstitutunun Quba filialının tələbəsi Fatma  Rəhimova çıxış edərək qeyd etdi ki, Heydər Əliyev fondu ötən illər ərzində Xocalı soyqırımının dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırılması istiqamətində böyük işlər görüb. Avropanın onlarla ölkəsində Xocalı soyqırımının ildönümlərində tədbirlərin, sərgilərin keçirilməsi, filmlərin nümayiş olunması və sair bu qəbildəndir.Tədbirdə Qırmızı Qəsəbə 1 saylı tam orta məktəbin və  Tələt Mikayılov adına şəhər 5 saylı tam orta məktəbin şagirdləri “Layla çalma Xocalıma” adlı kompozisiya ilə çıxış etdilər. Hacıbaba Əliyev adına şəhər 1 saylı tam orta məktəbinin şagirdləri Xocalıya həsr olunmuş şeirlər söylədilər. Tədbirdə Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi Xocalı faciəsinə həsr olunmuş bədii nümunələrlə çıxış etdi. Sonda Xocalı soyqırımına həsr olunmuş video-çarx nümayiş olundu və “Xocalı-25” adlı sərgiyə baxış keçirildi.

 

2.4 MB

 

2.5 MB