Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qusar rayon Mərkəzi Kitabxanasında “Beynəlxalq ana dili günü” qeyd edilib

20.02.2017

      20.02.2017-ci il tarixdə Qusar rayon Mərkəzi Kitabxanasının oxu zalında “21 fevral - Beynəlxalq Ana dili  günü”nə həsr olunmuş tədbir keçirildi.Tədbirdə 1 saylı orta məktəbin müəllim və şagirdləri, Rayon Tarix Diyarşünaslıq muzeyinin işçiləri , fəal oxucular, kitabxana işçiləri iştirak etmişdir. MKS-nin direktoru Z.Mustafayev giriş sözü ilə tədbirdə çıxış etmişdir.Tədbirdə uşaq şöbəsinin müdiri S. Bağıyeva "Ana dilimizi qoruyaq və yaşadaq"  mövzusunda geniş və ətraflı  çıxış edərək qeyd etmişdir ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən vacib və ən güclü vasitədir. Tarix Diyarşünaslıq muzeyinin direktoru Xatirə Nağıbəyova hər bir ailədə , dövlətdə , cəmiyyətdə ana dilinin qorunub saxlanmasının vacibliyindən danışmışdır. Tədbirdə 1 saylı orta məktəbin şagirdləri "Dilimiz, mənəvi sərvətimiz" adlı ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.

 

2.8 MB

 

3.3 MB