Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkə həsr olunmuş “İstiqlal mücahidi, böyük şəxsiyyət” adlı informasiya saatı keçirilmişdir

08.02.2017

      08.02.2017-ci il tarixində Xaçmaz Rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində Azərbaycanın Xalq şairi  Xəlil Rza Ulutürkə həsr olunmuş “İstiqlal mücahidi, böyük şəxsiyyət”-adlı informasiya saatı keçirilmişdir. Tədbirdə Uşaq      Şöbəsinin müdiri Hətəmova Rəhimə Xəlil Rza Ulutürkün həyatı və yaradıcılıq fəaliyyəti haqqında oxuculara ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, Xəlil Rza xalqının azadlığı yolunda yorulmaz bir mücahid idi. Bütün həyatı boyu Xəlil Rza xalqımızın azadlığ və müstəqillik uğrunda apardığı mübarizənin ön sıralarında olmuş, hətta bu yolda həbsxanaya düşmüş, lakin həyatının sonuna qədər öz əqidəsindən dönməmişdir. Xəlil Rza müstəqillik uğrunda mübarizənin fəal üzvlərindən biri idi. Onun həyat amalı ancaq vətəninə, xalqına xidmət etməkdən ibarət olmuşdur. Hətta sevimli övladı Təbriz Xəlilbəylinin Qarabağ müharibəsində qəhrəmancasına həlak olmasını və vətənin müstəqilliyi uğrunda şəhid olmasını da ürəyində ağır yük kimi daşısa da özünü nikbin aparmışdır. 

 

96.4 KB

 

146.5 KB