Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmazlı şair Fərzalı Ziyanurun “Sevgi küləyi” kitabının təqdimatı keçirilib

07.02.2017

      07 fevral 2017-ci il tarixində Xaçmaz rayon Tarix Diyarşünaslıq Muzeyində “Ulduzlar” ədəbi məclisinin sədri, şair Fərzalı Ziyanurun “Sevgi küləyi” kitabının təqdimatı keçirildi.Tədbirdə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev, Region İ.H-nin nümayəndəsi Ceyhun Musayev, məclis üzvləri Aynur Ağabalayeva, Gülşən Əhmədova, Telman Təravət, Məmməd Qədir, Milli mətbuat şurasının üzvü Azər Həsrət, şair publisist Əkbər Qoşalı, Aşıq Haşım və başqaları çıxış edərək Fərzalı Ziyanura yaradıcılıq uğurları arzuladılar. Tədbirin aparıcısı şair Ramiz Qusarçaylı şairin kitabı barədə poetik fikirlərini bildirdi. Tədbirdə həmçinin qonşu Şabran, Quba yazarları Fərzalı müəllimə arzularını bildirərək şeirlərini oxudular və Xaçmaz şəhər 3 saylı orta məktəbin şagirdləri “Sevgi küləyi” kitabından şeirlər söylədilər. Tədbirin sonunda şairin kitabı üzrə sərgiyə baxış keçirildi.

 

591.6 KB

 

398.9 KB