Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qusar rayon Uşaq İncəsənət məktəbinin konsert zalında 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir.

17.01.2018

     Yanvarın 17-də Qusar rayon uşaq incəsənət məktəbinin konsert zalında 20 yanvar  faciəsinə həsr olunmuş   tədbir   bir dəqiqəlik sükütla başlanmışdır. Tədbirdə məktəbin müəllimi Aytən Səlimova  20 Yanvar haqqında məruzə edib. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir. 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, azadlıq ruhuna qarşı təcavüz idi. 

       Məktəbin müəllim və şagird heyətinin timsalında faciəyə həsr olunmuş   rəsm və  əl işləri  nümayiş etdirilmiş,şeirlər söylənmiş,   həzin musiqi nömrələri ifa olunmuşdur.

 

 

105.8 KB

 

102 KB

 

95.2 KB