Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qusar Mərkəzi Kitabxanasında “Ümumxalq Hüzn Günü”nə həsr olunmuş tədbir keçirildi

18.01.2018

      18  yanvar  2018-ci il  tarixində Mərkəzi kitabxanada  “Ümumxalq Hüzn Günü”nə  həsr  olunmuş  tədbir  keçirildi. Tədbirdə kitabxana işçiləri ilə yanaşı fəal oxucular, Qusar peşə litseyinin,1,2 və 4 nömrəli orta məktəblərin müəllim və şagirdləri iştirak edirdilər. MKS-nın  direktoru  Z.Mustafayev  çıxış  edərək  xalqın Milli  Qəhrəmanlıq  zirvəsinin  20  yanvar  səhifəsini  bir  daha  böyük  ehtiramla  yad  etdi. Tədbir iştirakçıları bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.  Qusar  rayon  Peşə  litseyinin   tələbəsi  Elvin  Qahirov  Azərbaycan  Xalq  Cumhuriyyətinin  100  illiyi  ərəfəsində  qədim  və  zəngin  dövlətçilik  ənənələrinə   malik  xalqımızın  qəhrəmanlıq  tarixinə  nəzər  yetirdi. 1  saylı  məktəbin  X sinif  şagirdi  Rəsul  Şalbuzovun “Vətən  mənə   oğul  desə  nə  dərdim” mövzusunda  Vətən  oğullarını  haraya   çağıran,  torpaqlarımızın  düşmən  tapdağından  azad  olunması  üçün  mübarizəyə  səsləyən,  yeniyetmə  və  gənclərdə  Vətənə  daha  dərindən məhəbbət   hissi  oyadan   çıxışı ilə hər kəsin ürəyinə yol tapdı.  Kitabxananın   fəal  oxucularının  təqdim  etdikləri   “Şəhidlər   ölməz,  Vətən  bölünməz”   adlı  ədəbi-bədii  kompozisiya  və  videoçarx  tədbir  iştirakçılarına  kövrək  anlar  yaşatdı.

 

2.3 MB

 

2 MB

 

2.2 MB