Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba rayon MKS-nin mərkəzi kitabxanasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Qəhrəmanlıq tarixinin 20 yanvar zirvəsi” adlı tədbir keçirildi.

18.01.2018

     18.01.2018-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin oxu zalında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Qəhrəmanlıq tarixinin 20 yanvar zirvəsi” adlı tədbir keçirildi. Tədbirdə torpaqlarımızın azadlığı, müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan MKS-nin direktor müavini Hüriyyə Sultanova 1990-cı il 20 yanvar hadisələrindən söz açaraq bildirdi ki,20 yanvar hadisələri Azərbaycan xalqını sarsıtsa da ,itkilərə məruz qoysa da, qürurunu sındıra bilmədi, qəhrəmanlıq səhifəsinə yeni bir səhifə yazdı. Vətənin azadlığı uğrunda xalqın bir nəfər kimi ayaqa qalxdığı gündən 28 il ötsə də şəhidlər unudulmayacaq, xatirələri hər zaman əziz qalacaq. Sonra Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Söhrab Əmrahov soyuq qış gecəsində sovet silahlı birləşmələrinin dinc əhaliyə divan tutmasından Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanət verməsindən söhbət açdı. Daha sonra Şəhidlər muzeyinin filial müdiri Həqiqət Hüseynova bu cinayətin bəşər tarixində daima qara səhifə olaraq qalacağını, 20 yanvar faciəsinin həm müstəqillik, istiqlal və hürriyət uğrunda xalqımızın apardığı milli azadlıq hərakatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunacağını söylədi. Tədbirdə iştirak edən 2 saylı texniki-təmayüllü liseyin şagirdləri İlqarə Mirzəyeva, Bahar İskəndərova, Aydan Pərvini, Lamiyə Heydərova 20 yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Sonda 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş slayd izləndi, “Şəhidlər ölməz, vətən bölünməz!” adlı sərgiyə baxış keçirildi. 

 

75.4 KB

 

61.1 KB

 

99.6 KB