Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan “Tarixmizin şərəf və Qəhrəmanlıq zirvəsi” mövzusunda anım günü keçirildi.

16.01.2018

     16 yanvar 2018-ci il tarixdə Xaçmaz rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı yerli komitə sədrləri ilə birlikdə 20 yanvar faciəsinin 28-ci ildönümü  ilə əlaqədar “Vətən şəhidlərini heç vaxt unutmayacaq” adlı dəyirmi masa keçirdi.Tədbirdə torpaqlarımızın azadlığı, suverenliyi və müstəqilliyi  uğrunda canlarından keçən şəhidlərimizin, həmçinin 20 yanvar faciəsində həlak olmuş  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı Xaçmaz rayon Komitəsinin sədri Qərib Umudov açaraq bildirdi ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O qeyd etdi ki, 1990-cı ildə  Bakıda  20 yanvar  və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.  Azərbaycan xalqının tarixinə  Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən  artıq 28 il keçir. 20  yanvar hadisələri göstərdi ki, Azərbaycan xalqı azadlıq uğrunda mübarizəyə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətillər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Daha sonra çıxış edən Heydər Əliyev Mərkəzinin  direktoru  Könül Əsgərova bildirdi ki, 20 yanvar xalqımızın yaddaşına faciə kimi daxil olsa da,  bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla yad edir onların igidliyini yüksək qiymətləndirir.   Tədbirdə Tarix - Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva xalqının azadlğını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalmasından danışdı. Tədbirin sonunda 20 yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olundu və “20 yanvar– faciəsi” adlı sərgiyə baxış keçirildi.

 

84.7 KB

 

111.8 KB