Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Tarix Diyarşünaslıq muzeyi tərəfindən Akademik Zərifə Əliyeva adına lisey məktəbində “ 20 Yanvar faciə”sinə həsr olunmuş “ Tarixin sınağı” adlı tədbir keçirilmişdir

18.01.2018

       Tədbiri muzeyin direktoru P. Mehdiyeva açıq elan edərək, 20 yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi. Daha sonra faciə ilə bağlı xatirələrini danışdı. Aparıcılar tərəfindən “Tarixin sınağı” adlı məruzə oxundu.Məruzədə faciənin başvermə səbəbləri,o gecənin dəhşətli anlarından danışıldı.   Musiqi məktəbinin şagirdinin tarda muşayəti ilə “ Azərbaycan” ,“Şəhidlər” , “ 20 yanvar”, “Şəhidlik bir Əbədiyyət” kimi şerlər səsləndi.

   Dərs hissə müdiri V.Sovqatova öz çıxışında yanvar  hadisələri zamanı Azərbaycan xalqına vurulan zərbədən və hadisələrə verilən siyasi qiymətdən bəhs etdi.

   “ 20 yanvar faciəsi”nə həsr olunmuş  kitab sərgisi və məktəblilərin əl işlərindən ibarət sərgidə nümayiş olundu.

 

81.8 KB

 

122.7 KB

 

420.8 KB