Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 28 - ci ildönümü ilə əlaqədar ”Müstəqilliyə aparan yol” mövzusunda tədbir keçirildi

18.01.2018

      18 yanvar 2018 -ci il tarixində Xaçmaz Heydər Əliyev Mərkəzində YAP Xaçmaz rayon təşkilatı ilə birgə 20 Yanvar faciəsinin 28 - ci ildönümü ilə əlaqədar "Müstəqilliyə aparan yol" mövzusunda tədbir keçirildi. Tədbir İştirakçıları ilk öncə Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Sonra bu faciə ilə baglı Mərkəzin direktoru K.Əsgərova məruzə ilə çıxış edərək bildir di ki, 20 yanvar faciəsi tariximizin qanlı səhifəsi olmaqla yanaşı eyni zamanda azadlıq,istiqlal tarixidir. Daha sonra YAP Xaşmaz rayon təşkilatının sədr müavini A.Heydərov bu faciənin baş vermə səbəblərini təhlil edərək qeyd etdi ki, " Biz bu hadisələrin bilavasitə iştirakçıları olaraq bu günkü gənclərimizi düzgün maarifləndirməliyik". Daha sonra isə Mərkəzin nəznində fəaliyyət göstərən "bədii qiraət" dərnəyinin üzvlərinin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirin sonunda Xaçmaz Uşaq İncəsənət Məktəbinin şagirdlərinin əl işlərindən ibarət "Qan yaddaşımız" mövzusunda hazırladıqları rəsm sərgisinə baxış keçirildi.

 

81.5 KB

 

69 KB

 

113.8 KB