Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qusar Uşaq İncəsənət Məktəbində görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir

08.11.2017

     8 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan musiqi mədəniyyətinin inkişafı və nailiyyətlərinin təbliği sahəsində mühüm xidmətlər göstərmiş görkəmli bəstəkar Tofiq Quliyevin      100 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq Qusar rayon Uşaq İncəsənət məktəbində müəllim və şagirdlərin ifasında  unudulmaz bəstəkarin əsərlərindən ibarət konsert  keçirilmişdir 

       Konsertdə çıxış edən məktəbin direktoru R.Bağışova bildirdi ki, Azərbaycan estrada musiqisinin yaradıcılarından biri Tofiq Quliyev özünəməxsus orijinal üsluba malik sənətkar kimi çoxəsrlik milli mədəniyyət salnaməsinə yeni parlaq səhifələr yazmışdır. Onun mahnıları  konsert salonlarında, radio və televiziya verilişlərində səslənir. Tofiq Quliyevin mahnıları qəlbəyaxınlığı, gözəlliyi və uzunömürlü olmaları ilə fərqlənir onlara xas olan melodiklik dinləyicini valeh edir. Bu gün musiqi dünyasında Tofiq Quliyevin yeri görünür. Nə yaxşı ki, onun belə gözəl musiqiləri var və dinləyib kölnümüzü oxşaya bilirik. Bu gün Tofiq Quliyevin musiqiləri yaşayırsa, sevilirsə, deməli bəstəkar özü də yaşayır. Nə qədər ki, Azərbaycan xalqı var, Tofiq Quliyevin əsərlərini onun mahnılarını həmişə sevə-sevə dinləyəcək və oxuyacaqlar.

 

 

1.2 MB

 

143.7 KB

 

1.2 MB