Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba rayon Mərkəzi Kitabxanası tərəfindən “Bayrağımız qürur mənbəyimizdir” və “Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının banisidir” mövzusunda dəyirmi masa keçirildi.

10.11.2017

     10.11.2017-ci il tarixdə  Quba rayon MKS-nin rayon mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin akt zalında 9 noyabr Azərbaycan Respublikasının  Dövlət Bayrağı Gününə həsr olunmuş  “Bayrağımız qürur mənbəyimizdir” və  12 noyabr Konstitusiya  Günü ilə əlaqədar “Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının banisidir” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri MKS-nin direktoru Saməddin Nəsirov açaraq əlamətdar günlər barədə məlumat verərək bildirib ki, üçrəngli bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti Cümhuriyyətin bayrağını yenidən dövlət rəmzi olaraq qəbul edib. Prezident İlham Əliyevin Sərəncamı ilə hər il  9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası haqqında söhbət açan natiq qeyd etdi ki, Azərbaycanın birinci konstitusiyası 1921-ci ildə qəbul edilmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni kostitusiya yaranması zərurəti yarandı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 12 noyabr 1995-ci ildən Konstitusiya Günü qeyd olunmağa başladı. Sonra kitabxananın fəal oxucusu İradə Hacıbəyova “Bayrağımız  qürur mənbəyimizdir” adlı məruzə ilə çıxış etdi.Kitabxananın əməkdaşı Bikə Əlixanova “Heydər Əliyev müstəqil Azərbaycan Respublikası Konstitusiyasının banisidir” adlı məruzə ilə çıxış edərək bildirdi ki, konstitusiya dövlətin ali qanunudur,ali hüquqi  qüvəyyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir. Tədbirin sonunda  “Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası “ adlı sərgiyə baxış keçirildi.

 

88.3 KB

 

100.4 KB

 

111.2 KB