Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba şəhərində yerləşən tarixi Gümbəzli hamamın bərpası işləri davam edir.

07.11.2017

      Təmir-bərpa işləri ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi və Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində aparılır. Görülən işlərlə tanış olmaq üçün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu gün Qubada olub.Görüş zamanı səfirə bu günə kimi görülmüş və  görüləcək işlər barədə məlumat verilib. Qeyd edək ki,layihə üzrə işlər 2014-çü ildə başlanılıb və hazırda bərpa işləri ikinci mərhələdədir.Təmir bərpa işlərinin 2018-ci ilin martında tamamlanması nəzərdə tutulub.Səfir həyata keçirilən layihənin hər iki xalq arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.Qubaya səfəri çərçivəsində səfir həmçinin dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbəsindəki sinaqoqa da baş çəkib və yerli yəhudi icması ilə görüşüb.Görüşdə Xaçmaz Regioanal Mədəniyyət və Turizm İdarəsinin rəisi cənab Nazim Ağayev iştirak etmişdir.

 

112.7 KB

 

125.1 KB

 

141.8 KB