Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Rayon Mərkəzi Kitabxanasında M.P.Vaqifin 300 illiyi ilə əlaqədar ədəbi-bədii kompozisiya keçirildi.

07.11.2017

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il yanvarın 12-də imzaladığı “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən 07.11.207-ci il tarixində  Xaçmaz Rayon Mərkəzi Kitabxanasında   Molla Pənah Vaqifin 300 illiyi ilə əlaqədar ədəbi-bədii kompozisiya keçirildi.Tədbiri giriş sözü ilə Xaçmaz rayon MKS-nin metodika-biblioqrafia şöbəsinin müdiri açıq elan edərək Molla Pənah Vaqifin  həyat yolu ilə  əlaqədar ətraflı məlumat verərək bildirdi ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.Tədbirdə şairin yaradıcılığı ilə bağlı çıxış edən  Xaçmaz MKS-nin direktoru A.Əlifxanov  bildirdi ki, Molla Pənah Vaqifin şeir dili canlı, koloritli xalq dili idi. Ərəb-fars sözləri və tərkibləri ilə “bəzənmiş” klassik lirikadan fərqli olaraq, Molla Pənah Vaqifin şeirlərində doğma ana dili kəskin surətdə üstünlük qazanmışdır. Xalq şairi Səməd Vurğun haqlı olaraq şairin bədii dilinin özünəməxsusluğunu “Vaqifin şirin dili” adlandırmışdır. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin yubileyi Azərbaycan xalqının ölməz ədəbi-tarixi ənənələrinə dönməz sədaqətinin və ümummilli iftixar hissinin daha bir əməli təzahürüdür. Bu, həm də Vaqifin simasında xalqı və vətəni ilə daim bir olan, ümummilli ideallara sədaqətlə xidmət edən sənətkarların hər zaman Molla Pənah səviyyəsində qiymətləndirilməsinin əyani sübutudur.Tədbirin ikinci hissəsində  məktəblilərin ifasında Səməd Vurğunun "Vaqif" dramından bir parça “Vaqif və Vidadi”nin deyişmələri nümayiş etdirildi. 

 

1.3 MB

 

1.5 MB

 

1.3 MB