Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Müqəddəs bayrağımız gürur yerimizdir” adlı ədəbi-bədii gecə keçirilmişdir.

07.11.2017

    Noyabr ayının 7-də Xaçmaz Rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Dövlət bayrağı günü”nə həsr olunmuş “Müqəddəs bayrağımız gürur yerimizdir” adlı ədəbi-bədii gecə keçirilmişdir. Azərbaycanın Dövlət himni ilə başlanan tədbirdə məktəbli oxucular, müəllimlər, valideynlər və tədbirə dəvət olunmuş qonaqlar iştirak etmişlər. Dövlət bayrağımızın yaranma tarixi haqqında Uşaq Şöbəsinin müdiri R. Hətəmova çıxışı dinlənilmişdir. Daha sonra məktəbli şagirdlərdən  Mələk Qurbanova,  Fatimə İsmayılova, Maisə Arazlı, Nihad Didarov, İmran Səlimov, Səma Osmanova Məmməd Arazın “Azərbaycan”, “Qalx Ulu bayrağ”, A.Səhhətin “Vətən”, H.Ziyanın “Ey anam, Azərbaycan” şerlərindən ayrı-ayrı parçalar söyləmişlər. Uşaqlar “İgid əsgər”, “Əsgər marşı”, və milli rəqsimiz “Uzundərə” rəqslərini ifa etmişlər.Tədbirdə proektor vasitəsi ilə möhtərəm prezident İlham Əliyevin “Bayrağ günü”nə və “Milli ordumuzun yaranma günü”nə həsr olunmuş tədbirlərdəki çıxışlarının ekran görüntülərindən qısa nümunələr tədbir iştirakçılarına nümayiş etdirilmişdir.Tədbirin sonunda uşaqlar müqəddəs bayrağımızı öpərək yaxşı oxuyacaqlarına, böyüyəndə vətənə layiqli övlad olacaqlarına söz vermişlər.Tədbir ARB-nin yerlı “Günəş” televiziya kanalı ilə yayımlanmışdır.

 

70.2 KB

 

79.9 KB

 

65.2 KB