Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyev Azərbaycan Konstutusiyasının banisidir” mövzusunda dəyirmi masa keçirilmişdir.

11.11.2017

     11 noyabr 2017-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyev Azərbaycan Konstutusiyasının banisidir” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı giriş sözü ilə mərkəzin direktoru E.Orucova açaraq “Ulu Öndər Heydər Əliyev Azərbaycan Konstutusiyasının banisidir” mövzüsunda məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk milli Konstutusiyası Azərbaycan dövlətinin və cəmiyyətinin əsas qanunudur, insanların hüquq və azadlıqlarının qorunmasına xidmət edən ali qanundur. Sonradan 24 avqust 2002-ci il, 18 mart 2009-cu il, 26 sentyabr 2016-cı il tarixli referendumlarla Konstutusiyanın müəyyən maddələrinə edilən dəyişikliklər qanunun bir sıra maddələrinin təkmilləşdirilməsinə xidmət etmişdir. Dəyirmi masada şəhər 4 saylı orta məktəbin müəllimi F.Qasımova, şəhər 3 saylı orta məktəbin 11-ci sinif şagirdi L.Hüseynova və başqaları çıxış edərək əsas qanunumuzun əhəmiyyətindən bəhs etmişlər. Tədbirdən hazırlanmış fotoşəkilləri sizə göndəririk. 

 

1.4 MB

 

1.3 MB

 

1.3 MB