Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba Uşaq Musiqi Məktəbinin kollektivi şəhid ailəsini ziyarət edib

19.03.2021


Martın 17-si Quba Uşaq Musiqi Məktəbinin əməkdaşları rayonun Çartəpə kəndində Vətən müharibəsi şəhidi Ürfan Məmmədovun ailəsini ziyarət edib. Ürfan Çingiz oğlu Məmmədov 28 iyun 1994-cü ildə Quba rayonunun Çartəpə kəndində dünyaya gəlib. Uşaqlıqdan hərb sənətinə böyük maraq göstərən qəhrəmanımız böyüyəndə arzusunu reallaşdırıb və hərbçi olub. 2018-ci ildə nümunəvi xidmətinə görə gizir Ürfan Məmmədov “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.
Ürfan Məmmədov Vətən müharibəsində Suqovuşan, Talış kəndləri istiqamətində döyüşüb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
 

 

74.5 KB

 

45.6 KB