Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə ”Yurdumuza Bahar Gəlir” adlı onlayn tədbir keçirilib

19.03.2021

18.03.2021-ci il tarixdə Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə "Yurdumuza Bahar Gəlir" adlı onlayn tədbir keçirildi. Tədbirdə kitabxana əməkdaşları və fəal oxucular iştirak edirdi. Tədbiri giriş sözü ilə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov açaraq iştirakçıları salamladı və onları Novruz bayramı münasibətilə təbrik etdi. Sonra uşaq şöbəsinin müdiri Rübabə Hacıbəyova çıxış edərək qeyd etdi ki, bahar ilin ən gözəl fəsillərindən biridir. Bahar gələndə təbiət canlanır, torpaq isinir. Ona görə də, ulu xalqımız qədim zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi bayram şənlikləri ilə qarşılayıblar. Sonralar bu bayramı "Novruz bayramı" kimi adlandırmışlar. Daha sonra kitabxananın fəal oxucusu Şəkər Eldarova çıxış edərək Novruz bayramının tarixi haqqında iştirakçılara məlumat verdi və qeyd etdi ki, Novruzun tarixi və mənşəyi qədimdir. Novruz təzə gün, ilin başlanğıcı, yaz ayının gəlişi deməkdir. Tədbirdə kitabxananın fəal oxucularından Həlimə Sultanova, Havaxanım Qasımova, Anar Əsədullayev, Fərəh Şirinova, Məhəmməd Əliyev, Ləman Əzizova və başqaları Novruz, Bahar bayramına həsr olunmuş şeirlər söylədilər. Sonda Novruz bayramına həsr olunmuş videoçarx nümayiş etdirildi.

 

12.4 KB

 

33.3 KB