Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən regionda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilir

10.03.2021

     10 mart 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz rayon komitəsinin üzvləri və Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə  birgə Xaçmaz rayonu Qaracəlli kəndindən şəhid Mustafayev Samir Azər oğlunun ailəsini ziyarət edib. İdarə tərəfindən şəhidin ailəsinə maddi yardım və mənəvi dəstək göstərilmiş və bu dəstəyin bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi bildirilmişdir.

    Samir Mustafayev 10 mart 2000-ci il tarixində Xaçmaz rayonu Qaracəlli kəndində anadan olub. 4 oktyabr 2020-ci il tarixində Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

 

102.2 KB

 

98.1 KB