Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə ”2 mart - Ümumdünya Ucadan Oxu Günü” münasibətilə videokonfrans keçirildi

03.03.2021

02.03.2021-ci il tarixdə Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə "2 mart - Ümumdünya Ucadan Oxu Günü" münasibətilə videokonfrans keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin müdiri Rübabə Hacıbəyova açaraq iştirakçıları salamladı və bildirdi ki, Ümumdünya Ucadan Oxu günü Lit World şirkətinin təşəbbüsü ilə qeyd olunur. Ucadan Oxu günü söz, kitab, mütaliə bayramıdır. Bu günü geniş qeyd etmənin məqsədi mütaliəni ətraf dünya ilə qarşılıqlı təsir üsulu və öz emosiyalarını başqa insanlara səslənən söz vasitəsilə çatdırmaq imkanı kimi göstərməkdir. Sonra kitabxananın fəal oxucusu Şəbnəm Həbibova ucadan oxunun kiçik yaşlı uşaqlara faydasından bəhs etdi. O qeyd etdi ki, bu üsul uşaqlarda öz fikrini düzgün çatdırmaq qabiliyyətini artırır. Tədbirdə kitabxananın fəal oxucuları Şəms Bağırzadə "Diş", Rəmisə Əsgərova "Hamıdan qəşəng" nağıllarını ucadan oxudular. Daha sonra uşaq şöbəsinin müdiri Rübabə Hacıbəyova uşaqlara "Ulduz Pərisi" nağılını ucadan oxudu. Tədbirin sonunda oxuculara oxumaq üçün müxtəlif maraqlı kitablar tövsiyyə olundu. Bunlardan "Şah İsmayıl Xətainin "Gıncə", "Koroğlu", Gülzar İbrahimovanın "Dəniz balası" və başqalarını göstərmək olar.

 

43.8 KB

 

19 KB

 

58 KB