Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş videokonfrans keçirilib

25.02.2021

25 fevral 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılğı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş videokonfrans keçirildi. Videokonfransı giriş sözü ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini Elxan Məhərrəmov açaraq Xocalı soyqırımı haqqında geniş məlumat verərək bildirdi ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırımıdır.

Daha sonra çıxış edən Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurrəhmanova, Xaçmaz Tarix diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva, Quba Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri Mehriban Gəbəybəyova, Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova, Şabran Xalq teatrının rəhbəri Cabir Əmrahov qeyd etdilər ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə bir sırada durur. Belə ki, bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdur. Soyuq, qarlı fevral gecəsində yüzlərlə soydaşımız əsir düşmüş, girov götürülmüşdür. Nə qədər insan erməni təcavüzündən yayınıb meşələrə, dağlara qaçsa da, onların çoxu soyuqdan, şaxtadan məhv olmuşdur.

Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı ilə əlaqədar xüsusi fərman vermişdir. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral - Xocalı soyqırımı və milli matəm günü elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən fərman imzalanmışdır.

Sonda qeyd edildi ki, 27 sentyabr 2020-ci il tarixində başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Şanlı Azərbaycan ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşməni məğlub edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

 

54.9 KB

 

19.1 KB

 

12.9 KB