Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qubada Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib

05.02.2021

5 fevral 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev Quba rayonunda torpaqlarımızın azadlığı uğrunda mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalan Ismət Şövlət oğlu Hacıyevin və rayonun Zizik kəndində "Vətən Müharibəsi Qəhrəmanı" Şahin Hüseynabala oğlu Allahyarovun ailələrini ziyarət edib. Görüşdə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvələrin Qalib Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, cənnət Qarabağın azadlığıyla nəticələndi. Üç minə yaxın qəhrəmanımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı. İdarə tərəfindən şəhidin ailəsinə maddi yardım və mənəvi dəstək göstərilmiş və bu dəstəyin bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi bildirilmişdir. Həmçininin şəhid İsmət Hacıyevin həyat yoldaşı Leyli Hacıyevanın tezliklə regionda mədəniyyət sahəsində işlə təmin ediləcəyi barədə şəhidin ailəsinə məlumat verildi.

    İdarə tərəfindən bölgədə şəhid ailələrini ziyarət növbəti günlərdə də davam etdiriləcəkdir.

 

60.8 KB

 

62.8 KB

 

94.1 KB