Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən regionda Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət davam edir

04.02.2021

Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz dövlətimiz və xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.

4 fevral 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev Xaçmaz Hülövlü kəndindən Şəhid Daşdəmirov Orxan Rəfael oğlunun ailəsini ziyarət edib. Görüşdə, sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqları və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anıldığı qeyd edilmişdir. İdarə tərəfindən şəhidin ailəsinə maddi yardım və mənəvi dəstək göstərilmiş və bu dəstəyin bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi bildirilmişdir. Həmçinin şəhid Orxan Daşdəmirovun anası Əfsanə Daşdəmirova Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən Xaçmaz rayon Qaradağ-buduq kənd Folklor evində işlə təmin edilmişdir.

Qarşıdakı günlərdə bölgədə digər şəhid ailələrinin də ziyarət edilməsi nəzərdə tutulmuşdur.

 

16.9 KB

 

77.2 KB

 

75.2 KB