Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

2021-ci ilin ilk videokonfransı keçirilib

28.01.2021


28 yanvar 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət idarəsi tərəfindən 2021-ci ilin ilk videokonfransı keçirilib. Videokonfransda idarənin əməkdaşları, rayonlar üzrə nümayəndələr, regionda fəaliyyət göstərən iri mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxışında 2021-ci ildə qarşıda duran vəzifələr barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ilin "Nizami Gəncəvi ili" ilə əlaqədar müəssisələr tərəfində xüsusi iş planlarının hazırlanması, il ərzində silsilə tədbirlərin keçirilməsi qeyd edilib. Regionun Həmkarlar təşkilatı, o cümlədən mədəniyyət müəssisələri tərəfindən şəhid ailələrinin, qazilərin daim diqqətdə saxlanılması vurğulanıb. Şəhidlərlə bağlı müəssisələrdə guşələrin yaradılması, regionda fəaliyyət göstərən Xalq teatrları tərəfindən tamaşaların hazırlanması barədə müvafiq tövsiyə və tapşırıqlar verilib.
Videokonfransda həmçinin müəssisələrdə karantin rejimin qaydalarına ciddi riayət edilməsi, elektron xidmətlərin keyfiyyətinin artırılması, distant dərslərin keçirilməsinə nəzarət, sosial şəbəkələrdə aktivlik və müəssisələrdə nizam-intizam məsələləri də müzakirə edilib.
 

 

58.2 KB

 

49.5 KB

 

74.8 KB