Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

20 Yanvar faciəsinə həsr olunmuş onlayn tədbir keçirilib

21.01.2021


Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin və filialları, Xaçmaz Döyüş Şöhrəti muzeyi və Xalça muzeyinin təşkilatçılığı ilə 20.01.2021 tarixində 20 Yanvar faciəsinə həsr olunmuş "Qalx ayağa Azərbaycan!" adlı onlayn tədbir keçirildi.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı. Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva 20 Yanvar faciəsi, bu hadisənin baş vermə səbəbləri, acı nəticələri haqqında danışdı.
Qeyd olunduki, 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingenti xüsusi qəddarlıqla Bakını zəbt edib.
Daha sonra Xaçmaz Döyüş Şöhrəti muzeyinin direktoru Afət Vəlixanova çıxış edərək bildirdiki, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olub.Ümumi say isə 150 nəfərə çatmışdır.
Xaçmaz Xalça muzeyinin direktoru Pərzad Çərkəzova 20 yanvar faciəsinin ildönümü ərəfəsində Xaçmaz Şəhidlər Xiyabanının əsaslı təmir olunub istifadəyə verilməsini qeyd etdi.
Muzeyin elmi işçisi Xumar Əsədova öz çıxışında faciə ərəfəsindəki tarixi məqamlara
toxunaraq o dövrdəki ictimai siyasi vəziyyəti izah etdi. Xalça muzeyinin əməkdaşı Dilarə Rüstəmova isə müzəffər ordumuzun qələbəsindən, artıq işğal olunmuş torpaq anlayışının olmadığından danışdı.
Tədbirdə iştirak edən Xaçmaz şəhər 1,5,8 nömrəli məktəblərin,Xudat şəhər 2,3 nömrəli məktəblərin və Köhnə Xaçmaz kənd məktəbinin şagirdləri faciə qurbanlarına, vətənə həsr olunmuş şerlər söylədilər.
Sonda P.Mehdiyeva qeyd etdiki,bu il 20 yanvar faciəsi artıq qalib Azərbaycan tərəfindən anılır. Deməkki, Vətənin azadlığı uğrunda tökülən qan yerdə qalmadı.
Xalqımız torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərinin xatirəsini hər zaman ehtiramla yad edəcəkdir.
Tədbirdən sonra iştirakçıların bir qismi Şəhidlər Xiyabanını ziyarət etmişdir.
 

 

36.8 KB

 

34.1 KB

 

37 KB