Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Siyəzən rayon Mədəniyyət Mərkəzi ”20 yanvar faciəsi”nə həsr olunmuş videokonfrans keçirib

19.01.2021

19 yanvar 2021-ci il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzi "20 yanvar faciəsi"-nə həsr olunmuş videokonfrans təşkil etdi. Tədbiri Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova açdı. Konfransda həmçinin 2 saylı tam orta məktəbin direktor müavini Fəridə Ağayeva da iştirak edirdi. Videokonfransda çıxış edənlər qanlı yanvar faciəsinin baş vermə səbəblərini, o gün hansı hadisələrin baş verdiyini, faciənin sonralar Azərbaycan tarixində hansı izlər qoyduğunu ətraflı izah etdilər. Ümumilli liderimiz Heydər Əliyevin bu faciəyəyə verdiyi tarixi qiymət, prezident İlham Əliyevin siyasəti xüsusi vurğulandı. Yekunda Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova çıxış edərək vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət dilədi .

 

68.7 KB

 

100.6 KB

 

484.2 KB