Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şabran Tarix Diyarşünaslıq Muzeyinin təşkilatçılğı ilə ”Azərbaycanın Ustad Aşıqları”adlı onlayn tədbir keçirilib

09.01.2021


Şabran Tarix Diyarşünaslıq Muzeyinin ənənəvi tədbirlər silsiləsindən olan "Aşıqlar Günü"ilə əlaqədar "Azərbaycanın Ustad Aşıqları"adlı onlayn tədbir keçirilmişdir.Tədbirdə Əməkdar Mədəniyyət işçisi Aşıq Haşım,Tovuz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Günel Qasımova,Aşıqlar Muzeyinin direktoru Gülbəniz Cəfərova,bələdçisi Abbasova Pakizə,kiçik elmi işçisi Mahmudova Püstə ,Abdulla Şaiqin mənzil muzeyinin elmi işçisi Elminaz Məmmədli,Xəqani Poeziya Evinin direktoru,şairə,xanım Aybəniz Əliyar, Şabran şəhər Roman Yusifov adına texniki fənlər üzrə 2 saylı və Tofiq Abbasov adına 1 saylı orta məktəbin şagirdləri iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Bəsti Məmmədova aşıq sənətinin tarixindən danışaraq,çıxış üçün sözü tədbir iştirakçılarına verdi.
Öz çıxışında Orta əsrlərin ilkin çağlarından təşəkkül tapan aşıq sənətinin qədim ozan sənətinin davamı və varisi olduğunu,Azərbaycanın ədəbiyyatına güclü təsir göstərmiş aşıqlardan Qurbanini (XVI əsr), Aşıq Abbas Tufarqanlını (XVII əsr), Aşıq Valehi (XVIII əsr), Aşıq Ələsgəri (1826-1926), Aşıq Hüseyn Bozalqanlını sadalayan Aşıq Haşım gənc nəslə öz tövsiyyərini verdi.
Aşıqlar Muzeyini direktoru Gülbəniz Cəfərova Milli-mənəvi dəyərlərə göstərilən qayğıdan,dövlət siyasətinin başlıca prinsiplərindən geniş məruzə etdi.
Tovuz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Günel Qasımova və Aşıqlar Muzeyinin bələdçisi Pakizə Mahmudova çıxışlarında qeyd etmişdilər ki, qədim mədəniyyət irsinə malik olan aşıq sənətinin son dövrdə dünyada inkişaf etdirilməsi Heydər Əliyev Fondunun prezidenti UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Abdulla Şaiqin Mənzil Muzeyinin kiçik elmi işçisi Elminaz Məmmədli isə çıxışında söyləmişdir ki, Azərbaycan Aşıq sənəti 2009-cu ilin 28 sentyabr-2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 4-cü sessiyası zamanı təşkilatın Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilməsi,aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləmişdir.
Şairə Aybəniz Əliyar online tədbirimizə yeni bir rəng,yeni bir nəfəs verərək,öz yeni şerini səsləndirmişdi.
Tədbir Aşıq Haşımın "Qarabağ Azərbaycandır" adlı yeni ifası və məktəblilərin Şabranlı Aşıq Zəbullanın bayatılarını səsləndirərək sona çatdı.
 

 

45.3 KB

 

45.7 KB