Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsinin onlayn Şura iclası keçirilib

22.12.2020


21 dekabr 2020-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin geniş tərkibdə onlayn Şura iclası keçirilib. Şura iclasında idarənin əməkdaşları, rayonlar üzrə nümayəndələr, regionda fəaliyyət göstərən iri mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib.
Şura iclasında pandemiya dövründə mədəniyyət müəssisələrinin fəaliyyəti, müəssisələrdə karantin rejimin qaydalarına ciddi riayət edilməsi, regionun mədəniyyət müəssisələri tərəfindən 2020-ci ilin Hesabatlarının və 2021-c i il üçün Tədbirlər planın hazırlanması, elektron xidmətlərin keyfiyyətinin artırılması, sosial şəbəkələrdə aktivlik və müəsssiə rəhbərlərinin nizam-intizam məsələsi müzakirə edilmişdir.
Sonda Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev qarşıda duran məqsəd və vəzifələr barədə müvafiq tövsiyyə və tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırdı.
 

 

51.5 KB

 

57 KB