Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” adlı layihənin icrası başa çatıb

07.12.2020

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mədəniyyət Nazirliyi, ″Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr″ İctimai Birliyi tərəfindən keçirilən layihə region üzrə geniş marağa səbəb olub.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi laboratoriyasının alim heyəti yaxından iştirak edib. Xanəndəlik ixtisasında Xalq artisti Zümrüd Məmmədova, tar ixtisası üzrə Xalq artisti Ramiz Quliyev, kamança ixtisası üzrə Əməkdar incəsənət xadimi Arif Əsədullayev region müəllimləri ilə metodiki məsələlər üzrə müzakirələr aparıb, şagirdlərlə ustad dərsləri keçiblər. Üç ay ərzində davam edən layihəyə Xaçmaz Regional Mədəniyyət İdarəsi üzrə uşaq musiqi və uşaq incəsənət məktəblərinin şagird və müəllim heyəti qatılıb.

 

88.1 KB

 

35.3 KB

 

78.5 KB