Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Pandemiya dövründə muzeylərin fəaliyyəti” adlı onlayn tədbir keçirilib

25.09.2020

Xaçmaz Regional Mədəniyyət İdarəsi, Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin təşəbbüsü, Qusar, Masallı, Zərdab, Astara, Neftçala,Laçın,Bərdə,Abşeron Tarix Diyarşünaslıq muzeylərinin təşkilatçılığı ilə 24 sentyabr 2020-ci il tarixində "Pandemiya dövründə muzeylərin fəaliyyəti" adlı onlayn tədbir keçirildi.

Tədbirdə Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva, Zərdab

Tarix Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva, Qusar Tarix Diyarşünaslıq muzeyinin direktoru Xatirə Nağıbəyova, Masallı Tarix Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Astara Tarix Diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova, Neftçala Tarix Diyarşünaslıq muzeyinin direktoru Gülmirə Səfərova, Abşeron

Tarix Diyarşünaslıq muzeyinin direktoru Cəmilə Kərimova çıxış edərək, pandemiya dövrünün muzeylərin fəaliyyətinə göstərdiyi mənfi və müsbət təsiŕdən danışdılar.

Qeyd edildiki, ekspozisiyanın bağlı olması,sərgi zallarına girişin olmaması,tədbirlərin keçirilməməsi muzey işinə mənfi təsir göstərərək izləyiciləri canlı ünsiyyətdən uzaq saldı,pullu xidmətin aşağı səviyyəyə düşməsinə səbəb oldu.

Bununla yanaşı, pandemiya dövrü muzeylərin fəaliyyətində çox böyük və müsbət dönüşlər yaratdı. Yeni format,onlayn ekskursiyaların hazırlanmasına və hər hansı bir muzeyin nəinki aid olduğu bölgə, eyni zamanda bütün respublikada,bir çox xarici ölkələrdə izlənməsinə,təbliğinə və tanınmasına səbəb oldu.

Ayrı ayrı bölgələrə məxsus maraqlı eksponatların təqdimatı böyük maraq yaratdı.

Fondlarda nümayiş olunan eksponatlarala bağlı onlayn sərgilər keçirildi.

Yeni format olan, müxtəlif mövzularda videoçarxlar hazırlandı.

Məktəblilərin asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün onlayn rəsm, hekayə, şer, inşa müsabiqələri keçirildi.

Sosial şəbəkələrdə muzey səhifələrinin aktivliyi,paylaşımların həm sayı, həm keyfiyyəti artdı.

Elmi araşdırmalar gücləndi, muzey əməkdaşlarının mütaliə və özünü inkişaf etdirmə bacarıqları artdı.

Tədbirdə, toxunulan məqamlar ətrafında maraqlı diskussiya aparıldı.Çıxışlarda,birgə əməkdaşlığın vacibliyi, müxtəlif mövzularda onlayn tədbirlərin keçirilməsinin zəruriliyi vurğulandı.

 

45.2 KB

 

41.7 KB

 

50.4 KB