Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Əsrin müqaviləsi – 26 il”

19.09.2020

19 sentyabr 2020-ci il tarixində Xaçmaz rayon Heydər Əliyev Mərkəzi və YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Əsrin müqaviləsinin 26 illiyinə həsr edilmiş “Əsrin müqaviləsi – 26 il” mövzusunda zoom proqramı vasitəsilə onlayn tədbir keçirildi. Tədbiri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Musayev açaraq tədbirin mahiyyəti barəsində ətraflı məlumat verdi. Tədbirdə Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məməmmədov, Xaçmaz Tarix diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva, Susayqışlaq kənd tam orta məktəbinin direktor müavini Amil Rəhimov, Qaradağlı kənd kitabxana filialın müdiri Rəvanə Mövsümova və Xaçmaz skautlarının lideri Vəfa Musayeva mövzu ətrafında fikirlərini bölüşdülər və əsrin müqaviləsinin əhəmiyyətindən danışdılar. Bildirildi ki, 1993-cü ilin iyun ayında Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə anarxiyanın qarşısı alındı, ictimai-siyasi sabitliyin bərpa olunması yönündə ciddi addımlar atıldı. Məhz belə bir şəraitdə «Əsrin müqaviləsi»nin imzalanması üçün xarici şirkətlərlə danışıqlara başlanıldı. Bu danışıqlar uğurla yekunlaşdı və müqavilə imzalandı. 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.

2017-ci ilin sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Hesab edirəm ki, bu Saziş «Əsrin müqaviləsi» ilə eyni əhəmiyyətə malikdir. Prezident İlham Əliyev bu Sazişi yeni əsrin müqaviləsi kimi səciyyələndirdi.

Müqavilənin uzadılması onu göstərir ki, xarici ölkələr və şirkətlər Azərbaycanı ciddi, etibarlı tərəf kimi qəbul edir. Bu amil onu sübut edir ki, Azərbaycan düzgün siyasət həyata keçirir və ölkəmizdə ictimai-siyasi sabitlik yüksək səviyyədədir.

 

27 KB

 

38 KB

 

39.1 KB