Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Beynəlxalq Sülh günü”nə həsr olunmuş onlayn tədbir keçirilib.

21.09.2020

Sentyabrın 21-də Siyəzən rayon Heydər Əliyev Mərkəzi və Siyəzən rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 21 Sentyabr “Beynəlxalq Sülh günü”nə həsr olunmuş onlayn tədbir keçirilib.

Zoom tətbiqi vastəsilə “Sülh dayanıqlı inkişafın təminatıdır” mövzusunda keçirilən tədbir İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə hər il respublikamızda elan edilən 21 avqust – 21 sentyabr “Sülh aylığı” çərçivəsində reallaşıb.

Tədbiri giriş sözü ilə Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev açaraq bildirdi ki, ölkəmizdə sülh və əmin-amanlığın yaradılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Hazırda isə onun sülhpərvər siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirərək, həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına çalışır.

Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova, Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, Siyəzən rayon Heydər Əliyev Mərkəzinin könüllüsü Şəbnəm Mustafazadə və digərləri çıxış edərək “Beynəlxalq sülh günü”nün yaranma tarixindən, məqsədindən, bu istiqamətdə ölkəmizdə görülən işlər barədə tədbir iştirakçılarına məlumat veriblər. Çıxış edənlər sülh mövzusunun bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş qaçqın və məcburi köçkünlərlə görüşlərində bəyan etdiyi kimi respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir. Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə həlli, işğal edilmiş ərazilərin azad olunması haqqında qətnamələrinə əməl etmir və atəşkəsi tez-tez pozaraq təxribatlara yol verir.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, insan hüquqlarının müdafiəsi, inkişaf, tərəqqi kimi anlayışların yalnız sülh və əmin-amanlıq şəraitində mümkün olduğu vurğulanaraq dünyada, o cümlədən ölkəmizdə sülhün daim bərqərar olunması arzulanıb.

 

25.2 KB

 

24.5 KB