Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Şabran” Xalq teatrının bədii rəhbəri Cabir Əmrahovun 65 yaşı tamam olur

04.09.2020

Bu gün Şabran rayon Mədəniyyət Mərkəzi Gəndov Folklor evinin direktoru, "Şabran" Xalq teatrının bədii rəhbəri Cabir Əmrahovun 65 yaşı tamam olur. C.Əmrahov regionun mədəni-ictimai həyatında fəal iştirakına görə və 65 illik yubileyi münasibətilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin Fəxri fərmanı ilə təltif edilmişdir. Fəxri fərmanı Cabir Əmrahova idarənin rəisi Nazim Ağayev təqdim edib.

C.Əmrahov uzun illərdir ki, mədəniyyət sahəsində çalışır. Bu illər ərzində Şabran rayonunun mədəni-ictimai həyatında fəal iştirak etmiş, Şabran rayonunda Xalq teatrının yaradılmasında böyük əməyi olmuşdur. Onun rəhbərliyi etdiyi "Şabran" Xalq Teatrı 2019-cu ildə III Respublika Xalq Teatrları festivalının qalibi olmuşdur.