Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mədəniyyət Nazirliyinin tapşırıqları ilə bağlı Xaçmaz Regional Mədəniyyət İdarəsinin geniş tərkibdə videokonfransı keçirildi

24.08.2020

24 avqust 2020-ci il tarixində regionun mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş videokonfransda idarənin əməkdaşları, rayonlar üzrə nümayəndələr, regionda fəaliyyət göstərən iri mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev müəssisələrin fəaliyyətindən danışaraq yeni qaydalara uyğun işin gücləndirilməsi, yaradıcı insanların fəaliyyəti, regionun özünəməxsus mədəniyyət istiqamətinin müəyyənləşdirilməsi, yaradıcı sənayenin inkişaf etdirilməsi, mədəniyyət müəssisələrinin gəlirlə işləməsinin təmin edilməsini, işdə şəffaflığın təmin edilməsini xüsusi olaraq vurğuladı. Videokonfransda həmçinin elektron xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması, müəssisələrdə ciddi nizam-intizam, xüsusi karantin rejimin tələblərinə riayət edilməsi, müəssisələrin mütəmadi olaraq dezinfeksiya edilməsi, bundan əlavə dekorativ tətbiqi sənətin və sənətkarlığın müxtəlif növlərinin (dulusçuluq, misgərliyin və s.) regionda fəaliyyəti üçün tədbirlərin gücləndirilməsi, köhnə adət-ənənələrin  dirçəldilməsi, xalq kollektivlərinin yaradılması ilə bağlı məslələr müzakirə edildi və müvafiq tapşırıqlar verildi.

Qeyd edildi ki, Quba şəhərində ayrı-ayrı sahələr üzrə regionda fəaliyyət göstərən mədəniyyət müəssisə rəhbərləri ilə idarə rəisinin görüşü təşkil ediləcəkdir.24 avqust 2020-ci il tarixində regionun mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş videokonfransda idarənin əməkdaşları, rayonlar üzrə nümayəndələr, regionda fəaliyyət göstərən iri mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev müəssisələrin fəaliyyətindən danışaraq yeni qaydalara uyğun işin gücləndirilməsi, yaradıcı insanların fəaliyyəti, regionun özünəməxsus mədəniyyət istiqamətinin müəyyənləşdirilməsi, yaradıcı sənayenin inkişaf etdirilməsi, mədəniyyət müəssisələrinin gəlirlə işləməsinin təmin edilməsini, işdə şəffaflığın təmin edilməsini xüsusi olaraq vurğuladı. Videokonfransda həmçinin elektron xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması, müəssisələrdə ciddi nizam-intizam, xüsusi karantin rejimin tələblərinə riayət edilməsi, müəssisələrin mütəmadi olaraq dezinfeksiya edilməsi, bundan əlavə dekorativ tətbiqi sənətin və sənətkarlığın müxtəlif növlərinin (dulusçuluq, misgərliyin və s.) regionda fəaliyyəti üçün tədbirlərin gücləndirilməsi, köhnə adət-ənənələrin  dirçəldilməsi, xalq kollektivlərinin yaradılması ilə bağlı məslələr müzakirə edildi və müvafiq tapşırıqlar verildi.

Qeyd edildi ki, Quba şəhərində ayrı-ayrı sahələr üzrə regionda fəaliyyət göstərən mədəniyyət müəssisə rəhbərləri ilə idarə rəisinin görüşü təşkil ediləcəkdir.

 

49.6 KB

 

71.2 KB