Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Ağayev Nazim Əsəd oğlu

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Rəis

13 noyabr 1954-cü il tarixində Xaçmaz rayonunun Sayad kəndində anadan olmuşdur. 1962-1970-ci illərdə Sayad kənd 8 illik, 1970-1972-ci illərdə Çarxı kənd orta məktəbində təhsil almışdır. 1972-1974-cü illərdə Sovet ordusunda xidmət etmişdir.  1976-1982-ci illərdə Bakı Dövlət Universitetində  təhsil almışdır. 1979-1983-cü illərdə Azərbaycan LKGİ Xaçmaz  rayon Komitəsində sovxoz komitə katibi, təlimatçı, şöbə müdiri vəzifələrində  işləmişdir. 1983-1985-ci illərdə 26 Bakı komissarı adına sovxozda partiya komitə katibi vəzifəsində işləmişdir. 1987-1989-cu illərdə 26 Bakı komissarı adına sovxozda direktor, 1989-1991-ci illərdə  Çaparidze adına sovxozda  partiya komitə katibi vəzifələrində çalışmışdır. 1991-1997-ci illərdə Sayad kəndli təsərrüfatında Sayad kolxozunda rəhbər və Sədr vəzifələrində işləmişdir. 1997-2002-ci illərdə Xaçmaz rayon İcra Hakimiyyətində  I müavin vəzifəsində işləmişdir. 2002-ci ildən 2017-ci ilə kimi Xaçmaz  rayon Mədəniyyət və Turizm  Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2017-ci ilin yanvar ayının 5-dən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyir.

Telefon: (02332) 5-22-73

Faks: (02332) 5-22-73

E-poçt: nazimagayev1954@mail.ru

Qəbul günləri: V gün 10:00-dan 13:00-a və 14:00-dan 17:00-dək